COP29

Azərbaycan millisi Sloveniyaya yollandı - Avropa çempionatına hazırlıq üçün

8 Avqust 2023 00:00 Voleybol 343
Azərbaycan millisi Sloveniyaya yollandı - Avropa çempionatına hazırlıq üçün

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığın növbəti mərhələsi üçün Sloveniyaya yola düşüb.

Sportinfo.az xəbər verir ki, komandanı hava limanında federasiya rəsmiləri və əməkdaşları yola salıblar.

Ataman Güneyligilin rəhbərlik etdiyi kollektiv bir həftə Sloveniyada hazırlıq keçəcək. Bu müddətdə bir neçə yoxlama görüşünün təşkili planlaşdırılır.

Voleybolçular avqustun 15-də qrup mərhələsinin matçlarının keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə gedəcəklər.

Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.

C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!