COP29

“Bu, məni çox qürurlandırır” - Azərbaycan millisinin üzvü

4 Avqust 2023 07:30 Voleybol 461
“Bu, məni çox qürurlandırır” - Azərbaycan millisinin üzvü

“Artıq beşinci dəfədir ki, Avropa çempionatında çıxış edəcəyəm.

Bu, məni çox qürurlandırır. Yarışda komandamızın uğurlu çıxış etməsi üçün həmişəki kimi əlimdən gələni edəcəyəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, hazırda məşqlərin ciddi şəkildə davam etdiyini vurğulayıb:

"Komandamızda əhval-ruhiyyə yüksəkdir. Bu il yeni baş məşqçimiz var. O, məşqləri fərqli formada, fərqli taktika ilə keçir.

Avropa çempionatına hazırlığımız dörd mərhələdən ibarətdir.

"Təlim-məşqlərə Azərbaycanda start verdik, sonra Bosniya və Herseqovinaya yollandıq. Ardınca Bakıya qayıtdıq və hazırlığı burada davam etdiririk.

Sonuncu mərhələni isə Sloveniyada keçəcəyik. Oradan da qitə birinciliyində iştirak etmək üçün Almaniyaya gedəcəyik".

Y.Kərimova hazırlıq prosesi çərçivəsində yoxlama oyunları keçirdiklərini söyləyib:

"Bu qarşılaşmalar bizə komanda olaraq oyunumuzun daha yaxşı alınmasına çox kömək edir.

İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik. Komandamıza uğurlar arzulayıram”.

Xəbər Lenti