18 ildir çıxış etdiyi komandada ilk dəfə çempion oldu, sevincindən ağladı - FOTO

18 İyul 2023 08:50 Voleybol 919
18 ildir çıxış etdiyi komandada ilk dəfə çempion oldu, sevincindən ağladı - FOTO

Türkiyə millisinin ABŞ-da keçirilən Millətlər Liqasında qalib olması ölkə tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, komanda ilk dəfə bu turnirin finalında rəqibini məğlub edərək qızıl medal qazanıb.

Komandanın kapitanı Eda Erdem də yığma ilə ilk qızıl medalına sevinib. İllərdir “ay ulduzlular”ın şərəfini qoruyan voleybolçu həlledici görüşdə sonuncu zərbəni yerinə yetirib.

Onun xal qazandıran zərbəsindən sonra Türkiyə çempionluğu bayram edib.

18 ildir ki, Türkiyə millisində çıxış edən 36 yaşlı Eda ilk qızıl medalına ağlayaraq sevinib. O, sevinc göz yaşlarına hakim ola bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"