COP29

Millimizin yeni baş məşqçisinə iki yerli kömək edir

22 İyun 2023 02:20 Voleybol 413
Millimizin yeni baş məşqçisinə iki yerli kömək edir

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatına hazırlığı davam edir.

Sportinfo.az xəbər verir ki, təlim-məşq toplanışına Bakıda start verən yığmamız fiziki məşqlərin ardından artıq toplarla məşqlərə keçib.

Məşqlər hər gün baş məşqçi Ataman Güneyligilin rəhbərliyi ilə Voleybol Mərkəzində təşkil olunur.

Türkiyəli mütəxəssisə yerli məşqçilərimiz Emin Əbilov və Famil Ağayev də kömək edir. Komandamızın hazırlığının növbəti mərhələlərinin ölkə xaricində keçirilməsi nəzərdə tutulur.

33-cü Avropa çempionatı bu il 15 avqust-3 sentyabr tarixlərində Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək.

Azərbaycan millisi ardıcıl 10-cu dəfə qitənin ən nüfuzlu turnirində iştirak edəcək. Komandamız Almaniyanın ev sahibi olduğu C qrupunda yer alıb.

Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Türkiyə, Çexiya, Yunanıstan və İsveç kollektivləridir. Qrup mərhələsində ilk dörd yeri tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!