Fidan və Larisa - Azərbaycanı beynəlxalq turnirdə bu qızlar təmsil edəcək

21 İyun 2023 01:40 Voleybol 675
Fidan və Larisa - Azərbaycanı beynəlxalq turnirdə bu qızlar təmsil edəcək

Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Burhaniyə şəhərində təşkil olunan “Bioderma Beach Pro Tour” yarışında iştirak edəcəklər.

Sportinfo.az xəbər verir ki, beynəlxalq turnir bu gün start götürəcək.

İyunun 22-dək davam edəcək yarışda Azərbaycanı Fidan Əhmədxanova – Larisa Smeltsova cütü təmsil edəcək.

Ümumilikdə 24 komandanın mübarizə aparacağı “Bioderma Beach Pro Tour”un qalibləri medal, kubok və pul mükafatı ilə yanaşı, reytinq xalları da qazanacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"