Millimizin baş məşqçisi təzyiqə və hörmətsizliyə məruz qaldı, istefaya göndərildi

15 İyun 2023 17:20 Voleybol 1 158
Millimizin baş məşqçisi təzyiqə və hörmətsizliyə məruz qaldı, istefaya göndərildi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligilə Yunanıstanda hörmətsizlik edilib.

Sportinfo.az "Milliyet"ə istinadən xəbər verir ki, PAOK azarkeşlərin təzyiqinə görə 42 yaşlı mütəxəssisin müqaviləsinə xitam verib.

Buna Güneyligilin şəxsi instaqram hesabından Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi səbəb olub.

PAOK iyunun 10-da türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı.

Ataman Güneyligil 15 avqust 3 sentyabr tarixləri arasında Belçika, İtaliya, Estoniya və İtaliyada gerçəkləşəcək Avropa çempionatında Azərbaycan millisinin sükanı arxasında olacaq.

Azərbaycan Voleybol Federasiyası mütəxəssislə üç aylıq müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada