COP29

Azərbaycanda yeni yaradılan klub avrokuboklarda oynayacaq

11 İyun 2023 15:40 Voleybol 1 176
Azərbaycanda yeni yaradılan klub avrokuboklarda oynayacaq

Azərbaycan idmanı tarixində ilk yaşanacaq.

Sportinfo.az xəbər verir ki, erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq.

Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq.

Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24 mövsümündə avrokuboklarda debüt edəcək.

“Xarı Bülbül Şuşa” “Çağırış kuboku”nda mübarizə aparacaq. Şuşalıların yarışda iştirakı ilə bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərilib. Bu, yeni mövsümdə ölkəmizi təmsil edəcək yeganə komanda olacaq.

Xəbər Lenti