“Azərbaycan çempionatında 6 komandanın olması yönündə işlər gedir”

9 İyun 2023 01:50 Voleybol 829
“Azərbaycan çempionatında 6 komandanın olması yönündə işlər gedir”

"Şuşa bizim üçün müqəddəsdir. Hər birimiz bu adın dünya arenasında səslənməsi üçün əlimizdən gələni edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov deyib.

O, Şuşa təmsilçisinə dəstək olacaqlarını bildirib.

Ölkə çempionatı ilə bağlı mümkün dəyişikliklərə də toxunan Ş.Bağırov klublara müxtəlif ölkələrdən legionerlər cəlb ediləcəyini vurğulayıb:

"Azərbaycan çempionatlarına çox diqqətlə yanaşır, bununla bağlı müzakirələr aparırıq. Azərbaycan Super Liqasında 6 komandanın olması yönündə işlər gedir.

Bu asandırmı? Çox çətin sualdır. İdmançıların sayı o qədər də çox deyil. Buna görə legionerlər dəvət etməyi planlaşdırırıq.

Bu da müvəqqəti olacaq. Daha sonra Şahin Çatma sayəsində öz voleybolçularımız yetişəcəklər".

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"