
"Artıq ölkə voleybolunda yeni nailiyyətlər haqqında düşünürük".
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev yeniyetmə və gənc qızlardan ibarət millinin yeni baş məşqçisi Şahin Çatmanın təyinatı ilə bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis keçmişdəki uğurların tarixdə qaldığını söyləyib:
"1990-cı illərin əvvəllərindən Şahin Çatmanı tanıyıram. O, çox çalışqan insandır. Türkiyədə də bərabər işləmişik.
Çatmanın Azərbaycana gəlməyinə sevinirəm, ona uğurlar arzulayıram və təyinatı münasibəti ilə təbrik edirəm. Bizim məqsədimiz birdir: yeni nailiyyətlər əldə etmək".
Qarayev Şahin Çatmanın 3 ildən sonra nəticə verəcəyinə inandığını vurğulayıb.