COP29

"Çox şükür, mənim də səhhətimdə heç bir problem yoxdur"

2 Avqust 2023 03:30 Voleybol 841
"Çox şükür, mənim də səhhətimdə heç bir problem yoxdur"

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Mariya Kirilyuk açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə danışan 28 yaşlı blokçu Avropa çempionatında uğurlu çıxış edəcəklərinə inandığını bildirib:

"Hazırda Avropa çempionatına hazırlığımız yüksək səviyyədə davam edir. Komandamızın baş məşqçisinin müəyyən etdiyi taktikalar üzərində çalışırıq, tapşırıqlarını ciddi səylə yerinə yetiririk.

Komandamızda yüksək əhval-ruhiyyə var. Çox şükür, mənim də səhhətimdə heç bir problem yoxdur.

Məşqlərə başladığımız gündən öz formamı yığmağa çalışdım və deyə bilərəm ki, yarışa tam hazıram.

Bir neçə gündür ki, Bosniya və Herseqovinadakı təlim-məşq toplanışını başa vurub Bakıya qayıtmışıq. Qarşıda Belarusla yoxlama oyunlarımız olacaq.

Yoxlama oyunları zamanı çatışmazlıqları daha aydın görəcək və onları aradan qaldırmağa çalışacağıq.

Avropa çempionatına çox az vaxt qalıb. İnanıram ki, çempionatda uğurlu çıxış edəcək və qarşımızda qoyulan məqsədlərə çatacağıq".

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!