Azərbaycanda iki klub sabiq prezidentlərə tapşırıldı - ŞOK TƏYİNATLAR!

20 May 2023 13:20 Voleybol 1 685
Azərbaycanda iki klub sabiq prezidentlərə tapşırıldı - ŞOK TƏYİNATLAR!

Xəbər verdiyimiz kimi, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Cavid Qurbanovun vaxtında federasiyadan maliyyələşən klublarda rəhbərlikləri dəyişdirmək üçün islahatlara başlayıb.

Sportinfo.az xəbər verir ki, prosport.az artıq 2 klubun – "Abşeron" və "Murov"un yeni klub prezidentlərinin kim olacağını müəyyənləşdirib.

Sən demə, ötən ay federasiyanın İdarə Heyətinin tərkibinin formalaşdırılması zamanı bu fakt da nəzərə alınıb.

Belə ki, "Silk Way Holding" MMC-nin sədri Zaur Axundov və tikinti şirkəti olan "Ximekspress-2000"in təsisçisi İlqar Nuriyev də İdarə Heyətində yer alıb. Artıq hər iki şəxsə bu klublara sponsorluq etmək tapşırılıb.

Beləliklə, "Murov"a Zaur Axundov, "Abşeron"a isə İlqar Nuriyev prezident təyin olunub.

Onların şirkətləri isə sözügedən voleybol klublarına baş sponsorluq edəcək. Zaur Axundovun klub sponsoru kimi qalıb, icraçı prezidentlik vəzifəsini başqa şəxsə verəcəyi də istisna olunmur.

Federasiyadan maliyyələşən 3-cü klub – "Azərreyl" isə İdarə Heyətindən kənar bir şəxsə həvalə olunub. Yaxın günlərdə onun da adını ictimaiyyətə təqdim edəcəyik.

Zaur Axundov və İlqar Nuriyev futbol ictimaiyyətinə tanış simalardır. Z.Axundov vaxtı ilə Cahangir Əsgərovun fəxri prezidenti olduğu Bakının "Olimpik" (daha sonra "Olimpik-Şüvəlan və AZAL adı ilə fəaliyyət göstərib) klubuna, İ.Nuriyev isə Sumqayıt "Gənclərbirliyi"nə rəhbərlik edib.

Hər iki klub sonradan fəaliyyətini dayandırıb. Ümid edək ki, bu şəxslərin sponsoru olduğu voleybol klubları həmin aqibəti yaşamayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti