“Yeni baş məşqçimizin işi çox çətindir. Ona dəstək olmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev qadınlardan ibarət millinin baş məşqçisi postuna gətirilən Ataman Güneyligilin təyinatı ilə bağlı deyib.
O, türkiyəli mütəxəssisə hər cür köməkliyə hazır olduqlarını bildirib:
“Ataman bəyə böyük hörmətim var. Mən də Türkiyədə bir neçə il işləmişəm. Həmişə onun arxasındayam”.
F.Qarayev əlavə edib ki, federasiya prezidenti Şahin Bağırovla birlikdə Azərbaycan voleybolu üçün ciddi işlər görəcəklər:
“Şahin müəllim çox pozitiv insandır. Bu da voleybolumuza xeyir verəcək”.
Ataman Güneyligillə 3 aylıq müqavilə imzalanıb.