Azərbaycan millisində 3 ay işləyəcək - Türkiyəli baş məşqçi

17 May 2023 01:20 Voleybol 522
Azərbaycan millisində 3 ay işləyəcək - Türkiyəli baş məşqçi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin müqavilə müddəti bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssisin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov məlumat verib.

Federasiya rəsmisi bildirib ki, 42 yaşlı məşqçi ilə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub:

“Milli komanda Avropa çempionatında çıxış edəcəyi üçün müqavilə üç aylıq olacaq. Yaydan sonra növbəti sözləşmə ilə bağlı müzakirə aparacağıq”.

Baş məşqçi isə hazırda yığma üzvlərinin klublarında olduqlarını və üç aylıq müddətin ilkin hədəflər üçün kifayət edəcəyini vurğulayıb.

Ataman Güneyligilin köməkçisi vəzifəsinə həmyerlisi Gençer Yarkın gətirilib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı