
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, yığma türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.
Bununla əlaqədar mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Ataman Güneyligil 2015-2023-cü illərdə Türkiyədə "Qalatasaray"ın baş məşqçisi olub. 41 yaşlı mütəxəssis ölkəsində U-20 və U-23 yığmalarına da rəhbərlik edib.