“Qalatasaray”ın baş məşqçisi Azərbaycan yığmasında

14 May 2023 02:10 Voleybol 1 991
“Qalatasaray”ın baş məşqçisi Azərbaycan yığmasında

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasına baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, millimiz türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.

41 yaşlı mütəxəssis bu mövsümün yekununda 2015-ci ildən baş məqçisi olduğu “Qalatasaray” klubundan ayrılıb.

Onun qarşısında bu il keçiriləcək Avropa çempionatında uğurlu çıxış etmək vəzifəsi qoyulub. Qitə turnirində millimiz Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq.

Son olaraq yığmamızı Eldar Yusubov rəhbərlik edirdi və Avropa çempionatının seçmə mərhələsindən sonra vəzifəsindən ayrılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada