Azərbaycan millisinin oyunçusu Rumıniya çempionatında bunu qazandı

7 May 2023 02:30 Voleybol 1 111
Azərbaycan millisinin oyunçusu Rumıniya çempionatında bunu qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatının bürünc medalını qazanıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı voleybolçunun şərəfini qoruduğu “Luqoy” üçüncü yeri tutub.

Adıçəkilən komanda üçüncülük uğrunda Buxarest “Rapid”i ilə qarşılaşıb. Hər üç görüşdə rəqibini məğlub edən “Luqoy” (3:0; 3:2; 3:1) Rumıniya çempionatının bürünc mükafatına yiyələnib.

Azərbaycan çempionu olan “Rabitə”nin sabiq voleybolçusu 2022-ci ildən “Luqoy”un formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada