Azərbaycanda çempion komandanın baş məşqçisi yeni transferlər istəyir

28 Aprel 2023 03:40 Voleybol 1 220
Azərbaycanda çempion komandanın baş məşqçisi yeni transferlər istəyir

"Çempion olmaq xoş hissdir, doqquz aydır bunun üçün çalışırıq".

Sportinfo.az xəbər verir ki, bunu "Murov"un baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis bildirib ki, bu mövsüm avrokuboklarda mübarizəni erkən dayandırsalar da, ölkə çempionatında qarşıya qoyulan hədəfə çatıblar:

"Bütün komandaya təşəkkür edirəm. Voleybolçular mübariz oyun göstərdilər".

O, yeni mövsümdə avrokuboklardakı məqsədlərini də açıqlayıb:

"Uğurlu çıxışımız yığacağımız komandadan asılıdır. Hazırda mübariz kollektivimiz var. Bütün oyunçuları ayrılıqda yüksək qiymətləndirirəm.

Lakin bu mövsüm gücümüz cəmi 2 mərhələ keçməyə çatdı. Niderlandın "Orion" klubu ilə hər iki matçda yaxşı oynasaq da, qalib gələ bilmədik.

Heyətimizə bir neçə hazırlıqlı voleybolçu əlavə edə bilsək, yarımfinaladək irəliləmək olar".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada