
Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 27-ci turunun açılış oyunu baş tutub.
Sportinfo.az xəbər verir ki, pley-off-dan kənarda qalmış "Neftçi" və "Zirvə Astara" üz-üzə gəlib.
Qarşılaşma Şəhriyar Əsgərovun rəhbərlik etdiyi Astara basketbolçularının 103-90 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Neftçi İK"dən Zaur Quşanov (27 xal, 9 ribaund), "Zirvə Astara BK"dan isə Cerret Henderson (32 xal, 8 ribaund) olub.
Qeyd edək ki, turun digər oyunları ( "Sərhədçi" - "Sabah", "Gəncə" - "NTD", "Olimpik Şəki" - "AAAF Xırdalan" ) 20, 22 və 23 aprel tarixlərində baş tutacaq