Azərbaycan çempionatında ilk medalçı bu komanda oldu

18 Aprel 2023 18:40 Voleybol 974
Azərbaycan çempionatında ilk medalçı bu komanda oldu

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında bürünc medalçının adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, üçüncü qarşılaşmada da UNEC-i 3:0 (25:19, 25:15, 25:16) hesabı ilə məğlub edən “Murov” üçüncü yeri tutub.

Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşəcək. Əvvəlki matçlarda rəqibini üstələyən “Azərreyl” “Abşeron”u məğlub etsə, çempion adını qazanacaq.

Yüksək Liqa (qadınlar)
Bürünc medal uğrunda keçirilən üçüncü oyun
18 aprel

Murov – UNEC 3:0 (25:19, 25:15, 25:16)

İkinci oyun
UNEC – Murov 0: 3 (11:25, 14:25, 9:25)

Birinci oyun
Murov – UNEC 3:0 (25:14, 25:12, 25:16)

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada