Azərbaycan çempionatında yarımfinal oyunlarının vaxtı

26 Mart 2023 21:20 Voleybol 242
Azərbaycan çempionatında yarımfinal oyunlarının vaxtı

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, yarımfinal və final mərhələlərindən ibarət pley-offda ilk qarşılaşmalar martın 29-da və 30-da keçiriləcək.

Martın 29-da qadın voleybolçuların Yüksək Liqasında yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da kişi voleybolçuların Yüksək Liqasının ilk yarımfinal matçlarında “Murov”la MOİK, “Xarı bülbül”lə isə “Neftçi” üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)

Yarımfinal (1-ci oyun)

16:00 “Abşeron” - “Murov”

18:00 “Azərreyl” - UNEC

Yüksək Liqa (kişilər)

Yarımfinal (1-ci oyun)

16:00 “Murov” - MOİK

18:00 “Xarı bülbül” - “Neftçi”

Oyunlar Voleybol Mərkəzində keçiriləcək

Xəbər Lenti