Kapitan "Neftçi" ilə oyunda qeyri-etik hərəkətlərə yol verdi və…

15 Fevral 2023 02:20 Voleybol 1 196
Kapitan "Neftçi" ilə oyunda qeyri-etik hərəkətlərə yol verdi və…

Azərbaycan Voleybol Federasiyasının (AVF) Nizam-intizam komissiyasının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda Hakimlər Kollegiyasının fevralın 10-da AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciətə baxılıb.

Müraciətdə kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında V turunda baş tutmuş “Xarı bülbül” - “Neftçi” qarşılaşmasında nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar verilməsi xahiş olunub.

İclasda sözügedən matçda “Xarı bülbül”ün kapitanı İlqar İmamquliyevin intizam qaydalarını pozduğu və qeyri-etik hərəkətlərə yol verdiyi bildirilib. AVF-nin reqlamentinə əsasən, voleybolçuya xəbərdarlıq edilib və 2 oyunluq şərti cəza verilib.

Hakimlər Kollegiyasının AVF-yə müraciəti fevralın 10-da olub. Həmin gün keçirilməsi nəzərdə tutulan VI turun “Xarı bülbül” - “Murov” matçı da təxirə salınıb. Bu görüşün vaxtı hələlik bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada