Bu dəfə "Neftçi”nin də oyunu qripə görə təxirə salındı

12 Yanvar 2023 23:20 Voleybol 321
Bu dəfə "Neftçi”nin də oyunu qripə görə təxirə salındı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının II turunun bu gün keçirilməli olan “Neftçi” - “Xarı bülbül” oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb birincilərin bir neçə oyunçusunun səhhətində problem yaranmasıdır.

Belə ki, “Neftçi” üzvləri xəstəlikdən əziyyət çəkdikləri üçün klub rəhbərliyi qarşılaşmanın təxirə salınması üçün Azərbaycan Voleybol Federasiyasına (AVF) müraciət edib.

Həmin müraciətdə bildirilib ki, komandanın əksər oyunçuları ölkəmizdə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər.

Bu da onların məşqlərdən kənarda qalmasına gətirib çıxarıb. “Neftçi” tərəfi “Xarı bülbül”lə matçın başqa vaxta keçirilməsini xahiş edib.

Bu müraciəti müsbət cavablandıran AVF oyunun qeyri-müəyyən müddətə təxirə salınmasını qərara alıb.

Bu isə o deməkdi ki, bu gün cəmi bir oyun keçiriləcək. MOİK – “Murov” qarşılaşması saat 16:00-da başlayacaq.

Dünən keçirilməli olan qadın voleybolçular arasında Yüksək Liqanın II turunun “Murov” - UNEC matçı da ikincilərin eyni səbəbdən müraciəti ilə əlaqədar təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"