Yığmamızın kapitanı ən yaxşı legioner seçildi – Bu ölkədə

30 Dekabr 2022 02:50 Voleybol 939
Yığmamızın kapitanı ən yaxşı legioner seçildi – Bu ölkədə

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova növbəti uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, voleybolçumuz Macarıstanda fərqlənib.

“Vaşaş” klubunun şərəfini qoruyan blokçumuz bu ölkənin ən yaxşı legioneri seçilib. Ayşən 2022-ci ildə Macarıstanda çıxış edən ən yaxşı əcnəbi oyunçunun müəyyənləşdiyi səsvermənin qalibi olub.

Bu, “Vaşaş”da 4-cü mövsümünü keçirən Ayşən bu il ölkə çempionatının qızıl medalını, MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi və ölkə kubokunun sahibi adını əldə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada