Azərbaycan millisinin hücumçusu Çin klubunda

28 Dekabr 2022 13:20 Voleybol 885
Azərbaycan millisinin hücumçusu Çin klubunda

Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.

Əliyeva “Şenzen Jonqsay” klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək.

Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.

2015/16 mövsümündə “Azərreyl”də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"