Azərbaycan komandaları Avropa Liqasından kənar qaldı

26 Dekabr 2022 02:10 Voleybol 485
Azərbaycan komandaları Avropa Liqasından kənar qaldı

Voleybol üzrə Azərbaycan milli komandaları Avropa Liqasında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadınların yarışında mübarizə aparacaq komandaların siyahısını açıqlayıb.

Ümumilikdə 22 ölkənin təmsilçiləri Qızıl və Gümüş Avropa Liqasında qüvvəsini sınayacaq. Azərbaycan milliləri yarış iştirakçıları arasında yer almayıb.

2022-ci ildə qadın millimiz Qızıl Avropa Liqasında, kişilər isə Gümüş Avropa Liqasında mübarizə aparmalı idi. Lakin hər iki komandamız yarışa qatılmaqdan imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti