"Prezident bunu eşidən kimi həmin gün…"

25 Dekabr 2022 02:40 Voleybol 472
"Prezident bunu eşidən kimi həmin gün…"

“Milli komandaların uğurları pis deyil“.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

O, yığmaların 2022-ci ildə etdiyi nəticələr barədə fikirlərini dilə gətirib:

“Qadınlar Avropa çempionatının final mərhələsinə yüksəlib, kişilər İslam Həmrəyliyi Oyunlarında üçüncü yeri tuta bilərdilər, amma dördüncü oldular.

Gənc oyunçular çoxdur. Rayonlardan Cəlilabad, Masallıdan, Şəkidən gələn voleybolçular var.

Prezidentimiz həmişə idmana dəstək olub. Bu, gördüyünüz zalda da problem var idi. Cənab prezident eşidən kimi həmin gün bu idman kompleksi federasiya və idman nazirliyə qaytarıldı.

İndi biz buradan istifadə edirik. Ən xoşagələn məqam gənclərin çoxluğudur. 10-12 yaşlarında 100-120-yə yaxın voleybolçu var.

İnkişaf davam edir. Heç vaxt neqativ düşünməyəcəyik. Çətinlik də olacaq. Müharibədən, pandemiyadan çıxan ölkəyik.

Buna baxmayaraq, bütün federasiyalar arasında rəqabət yaranıb. Basketbol federasiyasını təbrik edirəm. Çox gözəl iş qurulub. Bütün federasiyalara da, bizim çempionata da uğurlar arzulayıram”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!