Azərbaycan çempionatının adı yenə dəyişdirildi

20 Dekabr 2022 02:50 Voleybol 961
Azərbaycan çempionatının adı yenə dəyişdirildi

Qadın voleybolçular arasında Azərbaycan çempionatının adı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, 2022/2023 mövsümündə yarışın adı Yüksək Liqa adlanacaq.

Çempionat bunadək Super Liqa adı altında keçirilirdi. Birincilikdə “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları mübarizə aparır.

Çempionat 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, qalib qələbə sayına əsasən müəyyənləşəcək.

Kişilərin çempionatı da Yüksək Liqa adlanır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada