Azərbaycan çempionu avrokuboklardan kənarlaşdırıldı

17 Dekabr 2022 02:20 Voleybol 380
Azərbaycan çempionu avrokuboklardan kənarlaşdırıldı

Kişi voleybolçular arasında Azərbaycan çempionu "Murov" növbəti avrokubok oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparan Fərid Cəlalovun yetirmələri 1/8 final mərhələsinin cavab matçına çıxıb.

Təmsilçimiz Niderlandın “Orion” klubu ilə üz-üzə gəlib. 2 həftə əvvəl səfərdə 1:3 hesabı ilə uduzan Bakı təmsilçisi duelin taleyini “Qızıl set”ə daşımaq üçün görüşü tay-brekə qədər qələbə ilə bitirməli idi.

Lakin "Murov" yenə eyni hesabla uduzaraq, mübarizəni dayandırıb.

“Murov” 1/32 finalda “Kitro”nu (Xorvatiya), 1/16 finalda "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb.

18:00. "Murov" (Azərbaycan) – “Orion” (Niderland) - 1:3 (23:25, 25:22, 23:25, 22:25)
Bakı. Voleybol Mərkəzi
İlk oyun – 1:3 (27:29, 25:19, 12:25, 19:25)

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”