“İndi işimiz klubları bərpa etməkdir” – Vitse-prezident

16 Dekabr 2022 09:00 Voleybol 386
“İndi işimiz klubları bərpa etməkdir” – Vitse-prezident

“Azərbaycan voleybolu həmişə inkişafda olub”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib.

O, ölkə çempionatının bugünkü açılış mərasimindən sonra jurnalistlərə açıqlama verib:

“İndi bizim işimiz klubları bərpa etməkdir. Pandemiya dövründə klublar bağlandı. 36 komanda ölkə çempionatında oynayacaq.

Superliqaya daha çox – 8 komanda buraxa bilərdik. Amma biz onları inkişaf etdirmək istəyirik.

Həm kişilərdə, həm qadınlarda 16 komanda birinci dəstədə çıxış edəcək. Federasiya gələn il üçün minimum 6, maksimum 8 klubun Superliqada olmasını planlaşdırır.

Gənclər və İdman Nazirliyinin də böyük köməkliyi var. Avropa çempionatının təsnifat mərhələsində bizə çox kömək etdilər.

Cavid Qurbanovun böyük rolu, Milli Olimpiya Komitəsinin dəstəyi var. Biz nazirlik və MOK-la çox sıx əməkdaşlıq edirik.

Klubların yaradılmasında sponsor lazımdır. Tədbirlər planı var və bu istiqamətdə işlər görürük”.

Xəbər Lenti