Azərbaycan klubu almanlarla bacarmadı - Çağırış Kuboku

15 Dekabr 2022 02:30 Voleybol 494
Azərbaycan klubu almanlarla bacarmadı -  Çağırış Kuboku

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, komanda 1/16 final mərhələsinin ilk matçında Almaniyada "VfB SUHL Thüringen"lə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 (25:15, 23:25, 25:20, 25:16) hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü dekabrın 15-də eyni məkanda olacaq. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, oyunlar Almaniyada baş tutur.

“Azərreyl” 1/32 finalda Slovakiya təmsilçisi “Slaviya”nı mübarizədən kənarlaşdırıb.

Xəbər Lenti