COP29

Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının TƏQVİMİ BURADA

10 Dekabr 2022 00:50 Voleybol 447
Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının TƏQVİMİ BURADA

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 2023-cü ildə keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Almaniyanın ev sahibliyi edəcəyi C qrupunda yer alan komandamız mübarizəyə avqustun 18-də başlayacaq.

Ardıcıl 10-cu dəfə Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin ilk oyununu Çexiya yığmasına qarşı keçirəcək. Voleybolçularımız bir gün sonra ev sahibləri ilə üz-üzə gələcəklər.

Qrup mərhələsinin 3-cü turunda millimiz Türkiyə ilə qarşılaşacaq. Yarışın növbəti günündə istirahət edəcək komandamız avqustun 22-də Yunanıstanla münasibətlərinə aydınlıq gətirəcək.

Yığmamız avqustun 23-də baş tutacaq qrupdakı son matçında isə İsveçə rəqib olacaq. Qrupumuzda mübarizəyə bir gün sonra yekun vurulacaq.

Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə keçirəcəyi AVRO-2023-də qrupda ilk dörd yeri tutacaq yığmalar növbəti mərhələyə yüksələcək.

AVRO-2023, qadınlar
C qrupu
I tur, 18 avqust

Azərbaycan - Çexiya
II tur, 19 avqust
Azərbaycan - Almaniya
III tur, 20 avqust
Türkiyə - Azərbaycan
IV tur, 22 avqust
Azərbaycan - Yunanıstan
V tur, 23 avqust
İsveç - Azərbaycan

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"