Azərbaycan çempionu Niderland klubuna məğlub oldu

4 Dekabr 2022 02:10 Voleybol 441
Azərbaycan çempionu Niderland klubuna məğlub oldu

Kişi voleybolçular arasında Azərbaycan çempionu "Murov" növbəti avrokubok matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparan Fərid Cəlalovun yetirmələri 1/8 final mərhələsində ilk görüşünü keçirib.

Təmsilçimiz Niderlandın “Orion” klubu ilə üz-üzə gəlib. Əvvəlki 2 mərhələdə asan qələbə qazanan "Murov" bu dəfə ciddi müqavimətlə üzləşib və 1:3 hesabı ilə uduzub.

Komandalar arasında cavab oyunu dekabrın 15-də Bakıda olacaq.

“Murov” 1/32 finalda “Kitro Varazdin”i (Xorvatiya), 1/16 finalda "Qrats"ı (Avstriya) mübarizədən kənarlaşdırıb.

“Orion” (Niderland) - "Murov" (Azərbaycan) 3:1 (29:27, 19:25, 25:12, 25:19)
Dutinhem, SaZa Top İdman Zalı

Digər Xəbərlər
Xəbər Lenti