Azərbaycan çempionu üçün Niderlanddan “Orion”

19 Noyabr 2022 02:40 Voleybol 518
Azərbaycan çempionu üçün Niderlanddan “Orion”

Ölkəmizi voleybol üzrə Çağırış Kubokunda təmsil edən "Murov"un rəqibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisinin 1/8 final mərhələsindəki rəqibi Niderlandın “Orion” komandası olacaq.

1/16 finalda Lüksemburqun “Stroosen” klubu ilə qarşılaşan niderlandlılar 3:0 (25:18, 25:8, 25:13) hesablı qələbə qazanıblar. Tərəflər arasındakı ilk görüş də bu hesabla başa çatıb.

1/8 final görüşlərinin dəqiq vaxtı qarşıdakı günlərdə açıqlanacaq.

​“Murov” 1/16 final mərhələsində Avstriyanın “UVC Qraz” komandasına hər iki oyunda 3:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"