Azərbaycan klubunda yeni adlar – Yerli və legionerlər

19 Noyabr 2022 01:00 Voleybol 762
Azərbaycan klubunda yeni adlar – Yerli və legionerlər

“Azərreyl” avrokubokda güvənəcəyi voleybolçuların siyahısını Avropa Voleybol Konfederasiyasına göndərib.

Sportinfo.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparacaq Super Liqanın gümüş medalçısı yeni mövsüm üçün 15 oyunçu sifariş edib.

Eldar Yusubovun baş məşqçisi olacaq Bakı klubunda ötən illə müqayisədə daha təcrübəli oyunçular yer alacaq.

Yığmanın sabiq hücumçusu Katerina Jidkova yenidən “Azərreyl”ə dönübsə, Aynur İmanova, Yuliya Kərimova və Bəyaz Quliyeva da “dəmiryolçular”ın uğurları üçün çalışacaq.

Yeni komandada həmçinin belaruslu Tatyana Trafimova da yer alacaq.

“Azərreyl”in heyəti
Toppaylayıcılar:
3. Raziyə Əliyeva, 8. Valeriya Kondratyeva, 9. Səmra Qafarova
Blokçular: 11. Aynur İmanova, 17. Nilufər Ağazadə
Liberolar: 10. Asiyat Abuyeva, 16. Yuliya Kərimova, 19. Bəyaz Quliyeva
Hücumçular: 1. Leyla Parşkova, 2. Xanım Cəlilova, 4. İlhamə Əliyeva, 7. Nərminə Musayeva, 12. Tatyana Trafimova, 15. Katerina Jidkova, 22. Ülkər Kərimova

“Azərreyl” avrokubokda mübarizəyə 1/32 finaldan başlayacaq. Təmsilçimiz Slovakiyanın “Slovan” klubu ilə noyabrın 29-da və 30-da Bakı İdman Sarayında üz-üzə gələcək.

Hər iki matç saat 18:00-da başlayacaq. İlk qarşılaşmada rəqib, cavab görüşündə vitse-çempion meydan sahibi olacaq.

Xəbər Lenti