Azərbaycan çempionu Avstriya klubunu üstələdi, 1/8 finala qaldı

10 Noyabr 2022 03:00 Voleybol 603
Azərbaycan çempionu Avstriya klubunu üstələdi, 1/8 finala qaldı

Kişi voleybolçular arasında Azərbaycan çempionu "Murov" növbəti avrokubok matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparan Fərid Cəlalovun yetirmələri 1/16 finalın cavab oyununu keçirib.

Təmsilçimiz Avstriyanın "Qrats" klubu ilə görüşüb. Bir gün öncə Bakı Voleybol Mərkəzinə nominal qonaq qismində çıxan “Murov” 3:0 hesabı ilə üstələdiyi rəqibi yenə məğlub edib.

Komandamız bu dəfə də “quru hesablı” qələbəyə sevinərək 1/8 finala yüksəlib.

Təmsilçimiz növbəti görüşündə “Stroossen” (Lüksemburq) – “Orion” (Niderland) cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan çempionu 1/32 finalda “Kitro Varazdin”a (Xorvatiya) da hər iki matçda qalib gəlib.

"Murov" (Azərbaycan) - "Qrats" (Avstriya) - 3:0 (25:13, 25:12, 25:23)
Bakı Voleybol Mərkəzi
İlk oyun - 3:0

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"