Azərbaycan çempionunun avrokubokda hər 2 oyunu Bakıda

1 Noyabr 2022 02:00 Voleybol 415
Azərbaycan çempionunun avrokubokda hər 2 oyunu Bakıda

Kişi voleybolçular arasında Azərbaycan çempionu “Murov” avrokuboklardakı növbəti oyunlarını da evdə keçirəcək.

Sportinfo.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparan təmsilçimiz 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə öz meydanında görüşəcək.

Qarşılıqlı razılığa əsasən hər iki görüş Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-dəki ilk matçda meydan sahibi avstriyalılar olacaq.

Ertəsi gün keçiriləcək cavab görüşündə “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaq.

“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə də iki dəfə Bakıda qarşılaşıb. Təmsilçimiz bu matçlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!