Yığmamızın oyunçusu evləndi və Azərbaycandan ayrıldı

30 Oktyabr 2022 23:20 Voleybol 1 525
Yığmamızın oyunçusu evləndi və Azərbaycandan ayrıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Mertsalovanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı voleybolçu karyerasını Qazaxıstanda davam etdirəcək.

Bir müddət əvvəl Azərbaycan yığmasının voleybolçusu Aqil Ağazadə ilə ailə həyatı quran “Azərreyl”in blokçusu ölkə xaricində çıxış etməyə üstünlük verib. Anastasiya Superliqanın “Aykarakoz” klubuna keçib.

O, cari mövsümdə yeni komandasının uğurları üçün çalışacaq. “Aykarakoz” Superliqanın debütantıdır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"