Azərbaycan yığması rəqiblərini nə vaxt tanıyacaq?

20 Oktyabr 2022 02:50 Voleybol 460
Azərbaycan yığması rəqiblərini nə vaxt tanıyacaq?

Avropa Voleybol Konfederasiyası (CEV) 2023-cü il Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, noyabrın 16-da İtaliyanın Neapol şəhərində keçiriləcək tədbirdə qadınlardan ibarət Azərbaycan milli komandasının da rəqibləri bəlli olacaq.

Turnir gələn il avqustun 15-dən sentyabrın 3-dək Belçika, Almaniya, İtaliya və Estoniyanın birgə təşkilatçılığı ilə baş tutacaq.

Əvvəlki qitə çempionatlarında olduğu kimi, dörd ev sahibinin hər birinin püşkatmadan əvvəl öz qrupu üçün bir milli komanda seçmək imkanı var.

Püşkdə 23 ölkənin yığması iştirak edəcək. Rusiya seçməsi ilə bağlı yekun qərar oktyabrın 31-də qəbul olunacaq. 24 komanda 4 qrupa bölünəcək.

Beləliklə, püşkatmaya bu ölkələr qatılacaqlar: Belçika, İtaliya, Estoniya, Almaniya, Serbiya, Türkiyə, Niderland, Polşa, Fransa, İsveç, Bolqarıstan, Xorvatiya, Çexiya, Ukrayna, Sloveniya, Slovakiya, Bosniya və Herseqovina, Yunanıstan, İspaniya, Rumıniya, Macarıstan, Finlandiya və Azərbaycan.

Xəbər Lenti