Azərbaycan klubu Polşada

8 Oktyabr 2022 03:50 Voleybol 681
Azərbaycan klubu Polşada

Kişi voleybolçulardan ibarət "Murov" klubu Polşaya gedib.

Sportinfo.az xəbər verir ki, 2022/2023 mövsümündə ölkəmizi Çağırış kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi kollektiv oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışında olacaq.

"Murov" burada bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayacaq.

Çağırış kubokunun 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq "Murov" hər iki matçını Bakıda keçirəcək.

Matçlar oktyabrın 19 və 20-də başa çatacaq. Hər iki görüş saat 18:00-da start götürəcək.

Xəbər Lenti