Azərbaycan Avstriyaya qalib gəldi, AÇ-2023-ə vəsiqə qazandı!

11 Sentyabr 2022 01:00 Voleybol 1 907
Azərbaycan Avstriyaya qalib gəldi, AÇ-2023-ə vəsiqə qazandı!

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşmada rəqib Avstriya yığması olub.

Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibinə qalib gəlib – 3:1 (25:14, 25:20, 23:25, 25:15)

Beləliklə, Azərbaycan millisi qrup ikinciliyini və Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Komandamız ardıcıl 10-cu dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.

Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada