Azərbaycan yığması AVRO-2023-də ilk məğlubiyyətini Sloveniyadan aldı

4 Sentyabr 2022 01:50 Voleybol 1 014
Azərbaycan yığması AVRO-2023-də ilk məğlubiyyətini Sloveniyadan aldı

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan yığma IV turda Sloveniyanı qəbul edib.

Bakı Voleybol Mərkəzindəki qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

İlk setdə qonaqlar 25:19 hesabı ilə qalib gəlib. İkinci setdə Azərbaycan yığması bunun əvəzini çıxıb - 25:19. Sloveniya seçməsi üçüncü setdə 25:18, dördüncü setdə isə 25:21 hesabı ilə üstün olub.

İlk 4 turdan sonra xallarının sayını 11-ə çatdıran Sloveniya yığması Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibliyi edəcəyi AVRO-2023-ün final mərhələsinə yüksəlib.

Azərbaycan komandası 9 xalla ikinci, Avstriya 4 xalla üçüncüdür. Xalı olmayan Gürcüstan seçməsi isə sonuncu pillədə qərarlaşıb. Qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.

Azərbaycan - Sloveniya - 1:3 (11:25; 25:19; 18:25; 21:25)

Digər Xəbərlər
Xəbər Lenti