Azərbaycan millisi Avstriyanı məğlub yola saldı

29 Avqust 2022 01:00 Voleybol 861
Azərbaycan millisi Avstriyanı məğlub yola saldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, D qrupunda yer alan komandamız Voleybol Mərkəzində Avstriyanı qəbul edib.

Oyun yığmamızın qələbəsi ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn yığma sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:19, 25:13.

Beləliklə, 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 3 xala yiyələnib və aktivindəki xalların sayını 9-a çatdırıb.

D qrupunda Gürcüstan, Sloveniya və Avstriya millilərinə qarşı mübarizə aparan yığmamız növbəti oyununu da Bakıda keçirəcək.

Təsnifat mərhələsində keçirdiyi hər üç görüşdə qalib gələn Eldar Yusubovun rəhbərlik etdiyi milli sentyabrın 3-də Sloveniya kollektivi ilə üz-üzə gələcək.

AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək. Qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsində iştirak hüququ qazanacaq.

28 avqust
Azərbaycan - Avstriya 3:0 (25:19, 25:19, 25:13)

Bakı. Voleybol Mərkəzi

Digər Xəbərlər
Xəbər Lenti