Millimiz qələbə ilə döndü

26 Avqust 2022 03:30 Voleybol 677
Millimiz qələbə ilə döndü

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, millimiz səfərdə ikinci oyununu keçirib.

Komandamız Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Tbilisidə “Yeni Voleybol Arena”da baş tutan matçdan millimiz qalib ayrılıb.

Hər üç setdə rəqibinə qalib gələn yığma aktivindəki xalların sayını 6-ya çatdırıb.

Komandamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. Millimiz növbəti oyununu avqustun 28-də Bakıda Avstriya kollektivinə qarşı keçirəcək.

Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti