Azərbaycan yığması son matçında da Danimarkaya uduzdu

21 Avqust 2022 01:10 Voleybol 485
Azərbaycan yığması son matçında da Danimarkaya uduzdu

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma seçmə mərhələnin son matçında Danimarka ilə qarşılaşıb.

Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb - 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.

A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlində sonuncu olub.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu
3 avqust

Azərbaycan - Danimarka - 1:3 (22:25, 25:23, 16:25, 16:25)

6 avqust
Azərbaycan - Türkiyə - 0:3 (11:25, 20:25, 16:25)

17 avqust
Türkiyə - Azərbaycan - 3:0 (25:15, 25:16, 25:19)

20 avqust
Danimarka - Azərbaycan - 3:0 (25:19, 25:19, 25:15).

Digər Xəbərlər
Xəbər Lenti