İslamiada: Azərbaycanın qadın millisi Əfqanıstanı uddu

10 Avqust 2022 18:40 Voleybol 941
İslamiada: Azərbaycanın qadın millisi Əfqanıstanı uddu

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi Əfqanıstan üzərində çətinlik çəkmədən qalib gəlib – 3:0 (25:4; 25:11; 25:4).

Azərbaycan daha əvvəl avqustun 8-də Seneqaldan üstün olmuşdu – 3:0 (25:7; 25:6; 25:10).

Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"