Azərbaycan millisinin kapitanı: "Seçilməyim məsuliyyətimi artırdı"

9 Avqust 2022 03:10 Voleybol 462
Azərbaycan millisinin kapitanı: "Seçilməyim məsuliyyətimi artırdı"

"İslamiadaya qələbə ilə başlamaq əla motivasiya oldu.

İki aydan çox idi ki, bu yarışa və AVRO-2023-ün təsnifat mərhələsinə hazırlaşırdıq".

Sportinfo.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayşən Abduləzimova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Seneqala qalib gəldikləri B qrupunun ilk oyunu barədə danışarkən deyib.

O, qalibiyyət münasibəti ilə komanda yoldaşlarını və azarkeşləri təbrik edib:

"İnanıram ki, uğurlu çıxışımızı davam etdirəcəyik və buradan Vətənə qızıl medalla dönəcəyik. Komandamıza uğurlar arzulayıram".

Azərbaycan komandasının bayraqdarlarından biri olan Abduləzimova bu etimadı qazanmağın qürurverici olduğunu söyləyib:

"Bayraqdar seçilməyim yarışdakı məsuliyyətimi daha da artırdı. Bayrağımız hər zaman yüksəklərdə dalğalanmalıdır.

Mən də bir idmançı kimi çalışacağam ki, bu yarışda qalib gələrək üçrəngli bayrağımızı qalib kimi də ucaldım".

Azərbaycan millisi B qrupunda növbəti matçını avqustun 10-da Əfqanıstana qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu qrupda Kamerun yığması da mübarizə aparır.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı