
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Pərviz Səmədovun rəhbərlik etdiyi komanda bu dəfə Bakıda Voleybol Mərkəzində Türkiyə yığmasını qəbul edib.
3 set davam edən matçda voleybolçularımız 3:0 hesabı ilə uduzublar. Komandamız ilk oyununda Danimarkaya da 1:3 hesabıyla uduzmuşdu.
Millimiz növbəti oyununu avqustun 17-də səfərdə Türkiyə yığmasına qarşı keçirəcək.
Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
AÇ-2023-ün təsnifat mərhələsi / A qrupu
Azərbaycan – Türkiyə 0:3 (11:25, 20:25, 16:25)