Azərbaycan millisi AVRO-2023-ə Danimarka ilə start verir

3 Avqust 2022 13:40 Voleybol 1 388
Azərbaycan millisi AVRO-2023-ə Danimarka ilə start verir

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2023-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk rəsmi matçını keçirəcək.

Sportinfo.az xəbər verir ki, A qrupunun ilk turunun oyununda rəqib Danimarka yığması olacaq.

Bakıdakı Voleybol Mərkəzində baş tutacaq görüşə saat 18:00-da start veriləcək. Azərbaycan millisinin qrupdakı digər rəqibi Türkiyə yığmasıdır.

Ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

A QRUPU

3 avqust

18:00 Azərbaycan – Danimarka

Bakı. Voleybol Mərkəzi

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"