"Komandam özünü göstərə bilsə..."

28 İyul 2022 03:10 Voleybol 578
"Komandam özünü göstərə bilsə..."

"Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığımız yüksək səviyyədə davam edir.

Komanda özünü göstərə bilsə, hər iki yarışda yaxşı nəticələr əldə edə bilərik".

Sportinfo.az xəbər verir ki, bunu kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Pərviz Səmədov federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis martda start verdikləri hazırlıq prosesinin plana uyğun getdiyini bildirib:

"İlk olaraq geniş heyətlə fiziki və texniki məşqlərimiz olub. Ardınca isə yoxlama matçları oynadıq. Sınaq görüşlərindən razı qaldım.

Keçirdiyimiz hər qarşılaşmada daha yaxşı oyun göstərə bildik. Bu gün oyunçularımız özlərinin ən yaxşı formalarındadırlar".

Səmədov bir həftə sonra ilk rəsmi matça çıxacaqlarını xatırladıb:

"Hazırda son məşqlərimizi edirik. Danimarka və ardınca Türkiyə millisi ilə qarşılaşacağıq.

İlk oyunlarımızı Bakıda oynamağımız bizim üçün böyük üstünlükdür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu matçlarda uğurlu çıxış edəcəyik".

Azərbaycani avqustun 3-də AVRO-2023-ün seçmə mərhələsində Danimarkanı qəbul edəcək. V İslam Həmrəyliyi Oyunları 9 - 18 avqustda Türkiyənin Konya şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti