"Artıq müəyyən oyunçularla danışıqlar aparılır"

24 İyul 2022 09:20 Voleybol 1 143
"Artıq müəyyən oyunçularla danışıqlar aparılır"

"Qadınlardan ibarət komanda avqustun 5-də, kişi voleybolçular isə bundan 3 gün sonra Konyaya yola düşəcəklər".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Fərid Xəlilov kişi və qadınlardan ibarət milli komandaların Avropa çempionatının təsnifat mərhələsinə və V İslam Həmrəyliyi Oyunlarına hazırlığı barədə danışarkən deyib.

O, 9 - 18 avqustda Türkiyənin Konya şəhərində təşkil olunacaq İslamiadada rahat qrupa düşdüklərini bildirib:

"Təsnifat mərhələsində isə daha gərgin mübarizə gedəcək. Milli komandalarımızın şanslarını yüksək qiymətləndirirəm.

Artıq hər iki yığmada inkişaf nəzərə çarpır. Pandemiya dövründə 2 il məşq etmədən beynəlxalq arenaya qayıtmaq böyük nəticədir. Buna nail olduğumuz üçün şadıq".

İyulun 29-da Su İdman Sarayında çimərlik voleybolu üzrə ölkə birinciliyinin keçiriləcəyini xatırladan Xəlilov bununla bağlı müəyyən işlər görüldüyünü söyləyib.

Federasiya rəsmisi yeni mövsümdə Azərbaycanı Çağırış Kubokunda təmsil edəcək kişilərdən ibarət "Murov" və qadınlardan ibarət "Azərreyl" komandalarından uğur gözlədiyini gizlətməyib:

"Hər iki klubla sıx təmasdayıq. Artıq müəyyən oyunçularla danışıqlar aparılır. İnanırıq ki, orada da yüksək nəticəyə nail olacağıq".

Xəbər Lenti